16:33 - 14.12.2023
14 dekabr, Fineko/abc.az. ABŞ-ın IBM şirkəti alyansın bütün korporativ şəbəkələrində konfiqurasiyalar, zəifliklər və proqram təminatı ilə bağlı məsələlərdə "yeganə həqiqət mənbəyi" kimi fəaliyyət göstərəcək kibertəhlükəsizlik məhsulunun NATO çərçivəsində yerləşdirilməsi üçün müqavilə imzalanıb.
ABC.AZ xəbər verir ki, NATO çərçivəsində yaradılan alətlər dəsti və mərkəzləşdirilmiş platforma hərbi ittifaqın kiber təhdidləri aşkar etmək və “potensial problemləri daha asan və daha sürətli həll etmək” qabiliyyətini artırmaq məqsədi daşıyır.
2024-cü ildən qüvvəyə minəcək müqavilənin məbləği açıqlanmır.
14 Avqust 2026