09:15 - 11.12.2023
11 dekabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda neftin etalon markalarının qiyməti artır.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09: 09 – a qədər $0,51 (0,67%) artaraq bir barel üçün $76,35-a çatıb. Dekabrın 8 - də Brent markalı neftin fevral ayı üçün fyuçersləri $1,79 (2,42%) artaraq bir barel üçün $75,84-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:09 – a qədər $0,42 (0,59%) artaraq bir barel üçün $71,65-a çatıb. 8 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $1,89 (2,73%) artaraq bir barel üçün $71,23-a çatdı.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 3,85%, WTI isə 3,83% ucuzlaşıb.
21 Avqust 2026