11:44 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. TU-204 yük təyyarəsinin mühərriki alovlanıb. Uçuşdan sonra təyyarə yanacağı ataraq təcili eniş edib.
ABC.AZ xəbər verir ki, Buryat Nəqliyyat Prokurorluğu yanğınla bağlı yoxlama təşkil edib.
“İlkin olaraq məlum olub ki, “Ulan-Ude – Zhangzhou” yük reysini yerinə yetirən hava gəmisi havaya qalxanda sol mühərrikdə yanğın baş verib. Yanğın artıq söndürülüb”, - Şərqi Sibir Nəqliyyat Prokurorluğunda qeyd edirlər.
12 Avqust 2026