17:05 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. İsveçdə iş vaxtının azaldılması ilə bağlı təklif verilib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən təkliflə ölkənin sosial-demokrat partiyası çıxış edib. Belə ki, partiya 2026-cı il seçki kampaniyası çərçivəsində hazırlanan təkliflər paketinə iş vaxtının azaldılması məsələsini də daxil edib.
Bəzi tədqiqatların nəticələrinə görə, iş saatlarının azaldılması əməkdaşların enerjisinin bərpa olunmasını artırır, eyni zamanda, əmək və ailə həyatı arasında balansı yaxşılaşdırır.
İsveçdə 40 saatlıq iş həftəsinin tətbiq olunmasından 40 ilə yaxın vaxt keçib. Sosial-demokrat partiyasının üzvü Annika Strandhall vurğulayıb ki, pandemiyadan sonra baş verən hadisələr əmək şəraitinin dəyişdirilməsinin mümkün olacağını göstərib, amma bu, bütün peşələrə şamil olunmur.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026