14:48 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. Hər ötən ay süni intellektdən istifadə edərək böyüyən şirkətlər durmadan artır. Belə şirkətlərdən biri də “Nvidia”dır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət son rübdə gəlirlərini 206% artırmağı bacarıb.
Belə ki, “Nvidia”nın gəlirləri sözügedən dövrdə gözləntiləri aşaraq 18,12 milyard dollara çatıb.
3-cü rübdə xalis gəlir 9,24 milyard dollar olub.
Xalis gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1256% artıb.
Şirkətin süni intellekt çipləri 279% artaraq 14,51 milyard dollara, oyun seqmentində gəlir isə 81% artaraq 2,86 milyard dollara çatıb.
“Nvidia” həmçinin dördüncü maliyyə rübündə 231% artımla 20 milyard dollar gəlir əldə edəcəyini gözləyir.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026