Nəhəng şirkətlər "X" platformasından reklamlarını çıxarırlar

15:38 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. “Apple”, “Disney” və “Warner Bros” “Twitter”də (X) reklamları dayandırıblar.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən şirkətlər “Twitter”dəki (X) reklamları İlon Maskın antisemit bəyanatından sonra dayandırıblar. 

Belə ki, İlon Mask X-də bir izləyicinin paylaşımına cavab verərkən antisemit bəyanat verib. Bu isə bəzi böyük şirkətlərin xoşuna gəlməyib. Bundan sonra “Disney”, “Apple”, “Lionsgate”, IBM və bir çox digər böyük şirkətlər öz reklamlarını “Twitter” (X) sosial media platformasından çıxarırlar.

Müəllif: Elmir Murad