Neft bahalaşır, Brent bir barel üçün $81,16 təşkil edir

09:20 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda neftin etalon markalarının qiyməti artır.

Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:13 – ə qədər $0,55 (0,68%) artaraq bir barel üçün $81,16-a çatıb. Noyabrın 17 - də Brent markalı neftin yanvar fyuçersləri $3,19 (4,12%) artaraq bir barel üçün $80,61-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:13 – ə qədər $0,54 (0,71%) artaraq bir barel üçün $76,58-a çatdı. Noyabrın 17 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $2,95 (4,04%) artaraq bir barel üçün $76,04-a çatıb.

Ötən həftə Brent markalı neft 1,01%, WTI isə 1,66% ucuzlaşıb.