15:42 - 17.11.2023
17 noyabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda dəyişiklik edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, taksi xidməti ilə bağlı xüsusi hazırlığın təşkili və keçirilməsi nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA), Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə həvalə olunub. Həmçinin, dəyişikliklə bu işi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla həyata keçirə biləcək.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026