10:29 - 16.07.2018
16 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 2,1 (2,8%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,85 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 13 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (12 iyul – 70,33 dollar) 0,68 (0,97%) dollar yüksəlib və bir barelə 71,01 dollar təşkil etmişdir.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 13 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (iyulun 12-də – 74,45 dollar) 0,88 dollar (1,18%) yüksəlmiş və bir barelə 75,33 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 13 iyul tarixli ticarətin nəticəsində 4,32 dollar / barelə təşkil edir.
30 İyul 2026