Ən böyük avtomobil ixracatçılarının reytinqi hazırlanıb - Siyahı

16:23 - 15.11.2023


15 noyabr, Fineko/abc.az. Dünyada ən çox avtomobil ixrac edən ölkələrin reytinqi hazırlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən reytinqi “Global İndex” hazırlayıb. Şirkətin araşdırmasına görə, 2022-ci ildə gəlirlərinə görə ən böyük avtomobil ixracatçısı Almaniya olub. Almaniyanın avtomobil ixracından əldə etidiyi məbləğ 256,9 milyard dollar təşkil edib.

2022-ci ildə gəlirlərinə görə ən böyük avtomobil ixracatçılarını sizə təqdim edirik:

1.Almaniya: 256,90 milyard dollar
2.Çin: 157,34 milyard dollar
3.Yaponiya: 137,24 milyard dollar
4.Meksika: 136,07 milyard dollar
5.ABŞ: 135,12 milyard dollar
6.Cənubi Koreya: 79,14 milyard dollar
7.Belçika: 53,17 milyard dollar
8.İspaniya: 52,27 milyard dollar
9.Kanada: 50,40 milyard dollar
10.Fransa: 49,92 milyard dollar