12:31 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. Azərbaycan Türkmənistan təbii qaz alışını illik müqayisədə 2.1 dəfə artırıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Asiya ölkəsindən 2023-cü ilin ilk üç rübü ərzində 1 milyard 281.16 milyon kub-metr həcmində təbii qaz alıb ki, bunun da idxal həcmi $182.8 milyon təşkil edib.
Azərbaycan Türkmənistanla 2021-ci ilin dekabrındakı anlaşmaya görə, İran üzərindən svop qaz alışı ilə bağlı razılaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Türkmənistandan 2022-ci ilin müvafiq dövründə 614.15 milyon kub-metr ($76.86 milyon) təbii qaz idxalını nəzərə alsaq bu illik müqayisədə miqdar baxımdan 109%, dəyər baxımından isə 138% artımdır.
Türkmənistandan alınan təbii qazın hər 1000 kub-metri 2022-ci ildə ortalama $125 alındığı halda, cari ildə bu rəqəm $143-ə yüksəlib.
Cari ilin ilk üç rübü ərzində Azərbaycan ümumilikdə 2 milyard 96.08 milyon kub-metr ($326.57mln.) təbii qaz idxal edib.
Bunun qalan 800.67 milyon kub-metri ($143.22 mln.) və 14.26 mln. kub-metri ($0.54 mln.) İran İslam Respublikasından alınıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026