11:06 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. 2024-cü ilin icmal büdcəsinin 80%-i dayanıqlı inkişaf məqsədlərinə sərf ediləcək.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası sədrinin müavini Mikayıl Cabbarov deyib.
O bildirib ki, DİM məqsədlərinə nail olmaq üçün qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb: “Bu da ildə orta hesabla 70 min iş yeri deməkdir. Qarşımızda duran növbəti hədəf iş yerlərinin sayına deyil, həm də kefiyyətini artıran sahələrin inkişafına yönəlməkdir”.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026