“Threads” istifadəçiləri statuslarının bu sosial platformada yayılmasının qarşısını ala biləcək

17:21 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. “Meta” şirkətinin sahib olduğu “Instagram” sosial şəbəkəsinin “X”ə rəqib olaraq yaradılan “Threads” tətbiqi istifadəçilərini yeniliklə sevindirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra “Threads” istifadəçiləri paylaşdıqları statusların “Facebook” və “Instagram”da yayımlanmasının qarşısını ala biləcək.

Bunun üçün “Threads”ə daxil oldquda sağ tərəfdəki küncün üzərində iki seçimə toxunmaq kifayət edəcək.

“Gizlilik” panelinə daxil olduqdan sonra statusların digər sosial şəbəkələrdə yayımlanmasının qarşısnı almaq üçün məhdudiyyət tətbiq etmək mümkün olacaq.