14:00 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) İnsan kapitalının inkişafı və funksional təkminləşdirmə Departamentinə rəhbər təyin edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu, Elnur Hüseynovdur.
E.Hüseynov buna qədər, adıçəkilən departamentin direktor müavini idi.
O, 2011-ci ilin iyunundan SOCAR-da müvafiq sahə üzrə çalışır. 2020-ci ilin aprelindən İnsan resursları departamentinin direktor müavinidir.
Elnur Hüseynov 2005-2008-ci illərdə Uels Universitetinin Biznesin idarə edilməsi üzrə bakalavr, 2014-2018-ci illərdə Edinburqda Heriot-Vatt Universitetində Biznesin idarə edilməsi və insan resursları üzrə magistr dərəcələrinə yiyələnib.
O, 2017-2018-ci illərdə Vaşinqtondakı Corc Vaşinqton Universitetində Layihənin idarəedilməsi üzrə sertifikat (magistr) əldə edib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026