“Apple” korporasiyası buna görə 25 milyon dollar ödəyəcək

11:06 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. “Apple” korporasiyasının işə qəbul zamanı ayr-seçkiliyə yol verdiyi iddia edilir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət ABŞ Ədliyyə Departamenti ilə məşğulluq sahəsində ayrı-seçkilik etdiyi iddiaları ilə bağlı təhqiqatı həll etmək üçün əldə edilmiş razılaşmanın bir hissəsi olaraq təxminən 25 milyon dollar ödəyəcək.

Bununla yanaşı, şirkət işçilərə ayrı-seçkiliyə qarşı qanunlar üzrə təlim keçirəcək.

İstintaq 2019-cu ildə, “Apple”ın vətəndaşlığa əsaslanan ayrı-seçkiliyi qadağan edən federal qanunu pozaraq müəyyən vəzifələrə işə qəbul zamanı ABŞ vətəndaşları və “green card” sahibləri əvəzinə, immiqrant işçilərə üstünlük verməkdə şübhəli bilinəndə başlayıb.

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, “Apple” öz saytında vakansiyaları elan etməyib. Üstəlik, elan edilmiş vakansiyalar üçün müraciət edənlərdən kağız müraciət tələb olunub, baxmayaraq ki, elektron müraciətlərə də icazə verilir.