“AzerGold”a cərimə protokolu yazılıb - SƏBƏB

10:17 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. “AzerGold” QSC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Gəncə Şəhər Məhkəməsinə göndərilib, işə baxan hakim Elxan Əlizadədir.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.