10:13 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Bazar ertəsi hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:28 – ə qədər $0,71 (0,87%) azalaraq bir barel üçün $80,72-a düşüb. Noyabrın 10 - da Brent markalı neftin yanvar fyuçersləri $1,42 (1,77%) artaraq bir barel üçün $81,43-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:28 – ə qədər $0,69 (0,89%) - bir barel üçün $76,48-a düşdü. Noyabrın 10 - da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçerslərinin qiyməti $1,43 (1,89%) artaraq bir barel üçün $77,17-a çatıb.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 4,08%, WTI isə 4,15% ucuzlaşıb.
25 Avqust 2026
25 Avqust 2026