15:16 - 7.11.2023
7 noyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın noyabr sayı dərc edilib.
ABC.AZ-ın məlumatına görə, sözügedən sayda qeyd edilib ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% artaraq 2,7 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 706,9 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 10 ayı ərzində spirtli və spirtsiz içkilərin, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 24,6%, qara metallardan məmulatların ixracı 19,8%, meyvə-tərəvəz ixracı isə 11,5% artıb.
14 Avqust 2026