14:22 - 7.11.2023
7 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Rusiya ilə Çin arasında ticarət illik müqayisədə 27.7% artaraq 196.48 milyard dollar təşkil edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Çindən Rusiya Federasiyasına 10 ayda ixrac 52.2% artaraq 90.08 milyard dollara, Rusiya mallarının idxalı isə 12.4% artaraq 106.4 milyard dollara çatıb.
Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb. Məlumata görə, hesabat dövründə Rusiya Federasiyasının müsbət saldosu illik müqayisədə təxminən 53% azalaraq 16.32 milyard dollar təşkil edib. Ayrı-ayrılıqda, oktyabrda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sentyabr ayı ilə müqayisədə 9% azalaraq 19.79 milyard dollara çatıb. Rusiyadan idxal aylıq olaraq 3.7% azalaraq 11.1 milyard dollar təşkil edib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026