15:49 - 4.11.2023
4 noyabr, Fineko/abc.az. Vətəndaşın leqal əməkhaqqı alması, sosial sığorta haqqı ödəməsi pensiya artımına təsir edən əsas amildir.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu sahədə işləri davam edəcək: “Bu gün mütləq rəqəmlər bizim arzu etdiyimiz rəqəmlərdən azdır. İşə düzəlmə ilə bağlı işlər dinamikləşdirilib. 500 min işsiz şəxs məşğulluq mərkəzləri vasitəsilə işə düzəlib. İşəgötürənlərin vakansiyalarının elektron portala yerləşdirilməsi problemi var idi. Son 5 ildə 700 mindən çox vakansiya elektron portalda yerləşdirilib. Növbəti illərdə bu rəqəmlərin daha da artacağına inanıram”.