10:34 - 4.11.2023
4 noyabr, Fineko/abc.az. Azərbaycan hökuməti 2023-cü ildə vergi və gömrük ödənişləri üzrə büdcə güzəştlərini 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırır.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu qiymətləndirmə Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.
Hesablama Palatasının məlumatına görə, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğ 2022-ci il üçün 7 milyard 630,8 milyon manat təşkil edib.
“2023-cü il üçün bu məbləğ 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,9% və ya 449,2 milyon manat çoxdur”, - deyə məlumatda bildirilir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026