Sentyabrda 10 milyon dollar dəyərində meşə fındığı ixrac olunub

16:43 - 31.10.2023


31 oktyabr, Fineko/abc.az. Cari ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında meşə fındığı üçüncü yerdə dayanıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir. Bu dövrdə 10 milyon dollar dəyərində meşə fındığı ixrac olunub.

Bu da ötən illə müqayisədə 0,4 milyon dollar və ya 4,2% çoxdur.

2022-ci ilin müvafiq dövründə isə 9,6 milyon dollar dəyərində meşə fındığı ixrac olunmuşdu.