Azərbaycan Avropa İttifaqına qaz ixracını artırıb

16:35 - 31.10.2023


31 oktyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% - 322,509 min teracoula qədər artırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi məlumat yayıb. Qeyd olunub ki, hesabat dövründə Aİ ölkələri Azərbaycandan 4,179 milyard avro dəyərində qaz idxal edib.

Avqustda Aİ ölkələri Azərbaycandan qaz idxalını artırıb və Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15,599 milyard avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.