11:20 - 31.10.2023
31 oktyabr, Fineko/abc.az. “Apple” şirkəti “Scary Fast” tədbiri çərçivəsində M3 çipi əsasında yeni nəsil MacBook Pro noutbuklarını təqdim edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeni noutbuk bundan əvvəliklərlə müqayisədə parlaqlığı 20% artıq olması ilə seçilir. Yeni noutbuk "Liquid Retina XDR" displey, FaceTime 1080p kamera və altı dinamikli daxili akustika ilə təchiz olunub.
Noutbuklar ilk dəfə olaraq yeni prosessorların imkanları sayəsində “Ray Tracing” və “Mesh Shading” funksiyalarını dəstəkləyir. M1 və M1 Pro çipli noutbuklarla müqayisədə şəkillər, videolar və digər tapşırıqlarla iş 40-60% daha sürətli olub.
Bildirilir ki, yeni prosessorlar batareyanın ömrünü 11 saat artırıb – enerji doldurmadan MacBook Pro-nun bəzi versiyaları 22 saata qədər işləyə bilir.
17 Avqust 2026
15 Avqust 2026