Azərbaycanda bu sığorta üzrə yığımları azalıb

12:06 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə yığımlar azalıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 255 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 min manat və ya 2,4% azdır.

2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 261 min manat təşkil edib.

Bu növ sığorta üzrə ödənişlər cari dövrdə olmayıb.