Lüks avtomobillər istehsalçısı 9 ayda bu qədər gəlir əldə edib - Hesabat

16:17 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. “Porsche” bu ilin 9 ayı üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətin gəlirləri yanvar-sentyabr aylarında keçən ilin eyni dövrünə görə yüzdə 12,1 artaraq 30,1 milyard avroya çatıb. Şirkətin əməliyyat mənfəəti 9 faiz artaraq 5,5 milyard avro təşkil edib.

Sözügedən dövrdə şirkətin mənfəət marjası (mənfəətin dövriyyəyə nisbəti) 18,3 faiz təşkil edib. Mənfəət marjası ötən ilki 18,9 faiz səviyyəsindən bir qədər aşağı qalsa da, hədəflənən 17-19 faiz aralığında idi.