09:53 - 25.10.2023
25 oktyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
Brent markalı neftin dekabr fyuçersləri London ICE Futures birjasında saat 09:50 – dək $0,30 (0,34%) azalaraq bir barel üçün $87,77-a düşüb. Oktyabrın 24 - də Brent markalı neftin dekabr ayı üçün fyuçersləri $1,76 (1,96%) ucuzlaşaraq bir barelə $88,07-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:50 – ə qədər $0,33 (0,39%) - bir barel üçün $83,41-a düşdü. Oktyabrın 24 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçerslərinin qiyməti $1,75 (2,05%) - bir barel üçün $83,74-a düşdü.