10:16 - 24.10.2023
24 oktyabr, Fineko/abc.az. “Microsoft” Avstraliyada süni intellektin inkişafına 5 milyard Avstraliya dolları (3.2 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-a səfəri zamanı şirkət nümayəndələri ilə görüşdən sonra Avstraliyanın baş naziri Entoni Albaniz deyib. O bildirib ki, bu “Microsoft”un Avstraliyaya ən böyük investisiya olacaq.
"“Microsoft” ölkədəki məlumat mərkəzlərinin tutumunu 45% artırmağı planlaşdırır. Bundan əlavə, məbləğin bir hissəsi, yəni 300 000-u Avstraliyada rəqəmsal iqtisadiyyatda uğur qazanmaq üçün sərf olunacaq" deyə baş nazir bildirib.
Müəllif: Elmir Murad
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026