16:39 - 23.10.2023
23 oktyabr, Fineko/abc.az. “WhatsApp” messenceri oktyabrın 24-dən etibarən Android əməliyyat sisteminin (ƏS) köhnə versiyaları olan cihazları dəstəkləməyi dayandıracaq.
ABC.AZ-ın məlumatına görə, bu barədə tətbiqin saytında deyilir. Saytda qeyd edilib ki, ümumilikdə, söhbət təxminən 15 modeldən gedir:
Samsung Galaxy Note 2
Samsung Galaxy S2
Samsung Galaxy Tab 10.1
Samsung Galaxy Nexus
HTC One
HTC Desire HD
HTC Sensation
LG Optimus 2X
LG Optimus G Pro
Motorola Xoom
Motorola Droid Razr
Nexus 7 (upgradable to Android 4.2)
Sony Xperia Z
Sony Xperia S2
Sony Ericsson Xperia Arc3
Oktyabrın 24-dən etibarən messencer yalnız Android OS 5.0 və daha yuxarı əməliyyat sistemi versiyası olan cihazları dəstəkləyəcək.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026