14:58 - 23.10.2023
23 oktyabr, Fineko/abc.az. Süni intellekt (AI) ilə işləyən yeni smartfon alətləri fotoşəkil çəkməyin yeni üsullarını təklif edir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu “Google” şirkətinin keçən həftə buraxdığı ən son smartfonlarda da görmək olacaq.
Belə ki, fotoşəkillərdə insanların üz ifadələrini dəyişdirmək üçün süni intellektdən istifadə edilir.
Yeni smartfonların “Best take” adlanan funksiyası ciddi və ya kədərli üz ifadəsini təbəssümlə əvəz edə bilir. Cihazlar, həmçinin istifadəçilərə insanlardan binalara qədər – fotoşəkildəki bütün arzuolunmaz elementləri silməyə, köçürməyə və ölçüsünü dəyişməyə imkan verir.
“Magic Editor” adlanan tətbiq vasitəsilə geridə qalan boşluğu “doldurmaq” mümkündür. Bu yeni texnoloji tətbiq milyonlarla digər fotoşəkildən əldə edilən biliklərin istifadəsi və ətrafdakı piksellərin təhlili yolu ilə boşluğu hansı teksturaların doldurmalı olduğunu göstərən süni intellekt alqoritmindən istifadə edir. Eyni zamanda, bunun cihazda çəkilmiş şəkillər olması vacib deyil. “Pixel 8 Pro”dan istifadə edərək, “Google Foto” kitabxananızdakı istənilən fotoşəkilə “Magic Editor” və ya “Best Take” funksiyalarını tətbiq edə bilərsiniz.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026