10:30 - 12.07.2018
12 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 2,44 (3,04%) dollar düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,92 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 11 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (10 iyul – 74,11 dollar) 3,73 (0,35%) dollar enmiş və bir barelə 70,38 dollar təşkil etmişdir.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 11 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (iyulun 10-da – 78,86 dollar) 5,46 dollar (6,92%) enmiş və bir barelə 73,40 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 11 iyul tarixli ticarətin nəticəsində 3,02 dollar / barelə təşkil edir.
29 İyul 2026
29 İyul 2026