16:04 - 19.10.2023
19 oktyabr, Fineko/abc.az. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan 66 istiqamət üzrə 33 ölkəyə səyahət etmək mümkündür.
ABC.AZ hava limanına istinadən xəbər verir ki, Bakıdan ən çox sərnişin Türkiyənin İstanbul şəhərinə uçur.
Bu ilin 9 ayında Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb. İstanbulun hər iki hava limanına uçan aviaşirkətlər “Azərbaycan Hava Yolları” QSC (AZAL), eləcə də Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları”, onun aşağı büdcəli törəməsi – “AnadoluJet” və özəl aviaşirkət “Pegasus”dur.
Bakıdan 2-ci ən məhşur istiqamət yanvar-sentyabr aylarında 510 minə yaxın sərnişin daşındığı Rusiyanın paytaxtı Moskvadır. Bakıdan bu şəhərin Domodedovo, Vnukovo və Şeremetevo hava limanlarına uçuşları AZAL, Rusiyanın milli aviadaşıyıcısı – “Aeroflot”, eləcə də özəl aviaşirkətlər – “Utair” və “IrAero” həyata keçirir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026