16:07 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin yanvar-avqust aylarında 58 min 624,27 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 70,5% azdır.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal dəyəri $54 milyon 148,08 min (azalma 75,8%) təşkil edib.
2023-cü ilin yanvar-avqust aylarında idxalın əsas həcmi Türkmənistanın ($19 milyon 563,34 min dəyərində 22 min 733,53 ton) payına düşüb. Litvadan 20 min 943,53 ton ($22 milyon 587,39 min dəyərində), Rusiyadan isə 14 min 947,21 ton benzin ($11 milyon 997,35 min dəyərində) idxal edilib.
Litvadan Azərbaycana AI-92 markalı benzinin idxalına cari ilin avqust ayında başlanılıb.
2022-ci ildə Azərbaycana 223 milyon 456,8 min dollar dəyərində 198 min 790,13 ton AI-92 markalı avtomobil benzini idxal edilib. 2021-ci ildə AI-92 markalı benzinin idxalı həyata keçirilməyib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026