12:05 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. Dövlət Dəniz və Liman Agentliyi tərəfindən dəniz nəqliyyatı sahəsində göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödəniləcək.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödəniləcək:
– gəminin tikintisi, konstruksiyasında dəyişikliklər, dəniz limanının (o cümlədən, yükaşırma terminalının, yanalma körpüsünün) və dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin, dəniz limanlarının (onun hidrotexniki qurğularının) və dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi;
– Gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun illik, həmçinin gəmi sahibinin təşəbbüsü ilə aralıq müayinəsinin həyata keçirilməsi;
14 Avqust 2026