DİQQƏT - Bakıda bu yolda dəyişiklik edildi

10:30 - 18.10.2023


18 oktyabr Fineko/abc.az  Sıxlığın aradan qaldırılması məqsədilə daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ABC.AZ-a verilən məlumata görə, qurum əməkdaşları tərəfindən Nəsimi rayonu, Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində aparılan növbəti monitorinq zamanı Səməd Vurğun küçəsindən sola dönən zaman yolda sıxlığın yaranması müşahidə edilib.

Problemi aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün yorayrıcındakı svetoforun iş rejiminə dəyişiklik edilərək Məhəmməd Füzuli küçəsi istiqamətində yaşıl işığın müddəti artırılıb. Nəticədə Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb.