16:41 - 17.10.2023
17 oktyabr, Fineko/abc.az. Ermənistanın baş naziri: “Azərbaycanla dəmir yolu xəttini bərpa etməyə hazırıq”“Rəsmi İrəvan Ermənistanın cənubunu Azərbaycanla və Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazırdır”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək.
14 Avqust 2026