“X” platforması 610 min Avstraliya dolları cərimələndi

15:43 - 17.10.2023


17 oktyabr,  Fineko/abc.az.  Avstraliyada Avstraliyanın Rəqəmsal Təhlükəsizlik Komissiyası“Google”a xəbərdarlıq edib.

ABC,AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, Avstraliyanın Rəqəmsal Təhlükəsizlik Komissiyasının bəzi internet şirkətlərinin və sosial şəbəkələrin yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı məlumatların yayılması ilə bağlı apardığı yoxlamalardan sonra həyata keçirilib.

Komissiyaya görə, şirkət yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı məlumatların yayılmasına qarşı mübarizə mexanizmlərinin işləməsi ilə bağlı suallarına aydın cavab verməyib. Komissiya “Google”dan əlavə məlumat verilməsini istəyib.

Buna əsaslanaraq komissiya “X”ə 610 min Avstraliya dolları (386 min dollar) məbləğində cərimə tətbiq etmək qərarına gəlib.