10:40 - 17.10.2023
17 oktyabr, Fineko/abc.az. “LinkedIn” şirkət daxilində yeni süni intellektlə işləyən alətləri istifadəyə verib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən alətlər bir ay bundan əvvəl istifadəyə verilib. Bundan sonra isə şirkət 668 işçini ixtisar etmək qərarına gəlib.
Analitiklər hesab edir ki, bu işdən çıxarılmalar şirkətin məhsuldarlığına mənfi təsir edəcək. Belə ki, mühəndislik, məhsul inkişafı, istedadların idarə edilməsi və maliyyə komandaları bu ixtisarlardan təsirlənəcək.
“LinkedIn”dən isə bildirilib ki, ixtisarlar beş ay əvvəl 716 nəfəri işdən çıxaracağını və Çindəki tətbiqini mərhələli şəkildə ləğv edəcəyini elan etdikdən sonra baş verib.
Müəllif: Elmir Murad
18 Avqust 2026