ABŞ Çinin çip avadanlıqlarına çıxışını məhdudlaşdırmağa başlayıb

12:32 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. ABŞ-la Çin arasındakı çip "savaşı" tükənmək bilmir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Vaşinqton Çinin qabaqcıl yarımkeçiricilərə və çip istehsalı avadanlıqlarına çıxışını məhdudlaşdırmaq üçün tədbirləri sərtləşdirəcək. Belə ki, ABŞ Çinin qabaqcıl texnologiyaların əldə edilməsinin qarşısını almaq üçün addımlar atmağa başlayıb.

Bunlardan biri də qabaqcıl yarımkeçiricilərə və çip istehsalı avadanlıqlarına çıxışı məhdudlaşdırmaqdır. ABŞ hökuməti artıq bu istiqamətdə tədbirlərə başlayıb. Yeni məhdudiyyətlər əvvəllər elan edilmiş qaydalardakı boşluqları düzəltmək və doldurmaq məqsədi daşıyır.

Bayden administrasiyası Çin şirkətlərinə qrafik çiplərin və süni intellekt tətbiqləri üçün qabaqcıl çip istehsalı avadanlıqlarının satışına nəzarəti gücləndirməyə çalışır.

Müəllif: Elmir Murad