14:59 - 30.10.2017
Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda keçiriləcək üçtərəfli sammitdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı məsələlərini müzakirə edəcəklər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüş 1 noyabr tarixində keçiriləcək.
“Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü Tehranda baş tutacaq və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına həsr ediləcək”, - E. Məmmədyarov belə deyib.
Onun sözlərinə görə, görüşdə həmçinin, Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun qalan hissəsinin tikintisinin yekunlaşdırılması üçün, Azərbaycan tərəfindən İran tərəfində kreditin verilməsi məsələləri müzakirə ediləcək.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026