10:15 - 6.10.2023
6 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 909,046 milyon manat təşkil edib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 73,9% çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 48,5% artaraq 9 217 olub.
BFB-nin dövriyyəsinin 38,8%-i, yaxud 6 milyard 179,771 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 25,9% çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 37,1% artaraq 1 milyard 035,749 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 2,5 dəfə artaraq 8 milyard 693,527 milyon manat olub.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026