16:47 - 4.10.2023
4 oktyabr, Fineko/abc.az. Naxçıvanda 2 şirkət birləşir.
ABC.AZ xəbər verir ki, “Duzdağ Estate” MMC (VÖEN 0201419971) Nəqşicahan Holdinq Ltd Şirkətlər Qrupunun “Duzdağ Otel” MMC-nin (VÖEN : 0200979861) ona qoşulması şəklində yenidən təşkil olunur. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Duzdağ Estate” MMC-ni bu ilin 31.03.2023 tarixində dövlət qeydiyyatına alıb.
Şirkətin nizamnamə kapitalı 2.5 milyon manatdır və qanuni təmsilçisi Hüseynov Fariz Hidayət oğludur.
“Duzdağ Otel” MMC-ni bu ilin 06.08.2018 tarixində dövlət qeydiyyatına alıb.
Şirkətin nizamnamə kapitalı 17,5 milyon manatdır və qanuni təmsilçisi Vüsal Şükürov Zamin oğludur.
12 Avqust 2026