MİDA auditor axtarır

12:08 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı  sorğu elan edib.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini oktyabrın 17-i, saat 18:00-a qədər MİDA-nın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanına təqdim edə bilərlər.