11:13 - 4.10.2023
4 oktyabr, Fineko/abc.az. Ölkələr arasında yumurta qiymətlərinin ən baha olduğu ölkələrin adları açıqlanıb.
ABC.AZ xəbər verir ki, sözügedən məsələ ilə bağlı “World of Statistics” araşdırma aparıb.
Araşdırmaya görə, birinci sırada İsveçrə qərarlaşıb. Belə ki, İsveçrədə yumurtanın 1 ədədi 0.95 manatdır.
Ölkələr üzrə ən bahalı yumurta qiymətlərinin sıralamasınll sizə təqdim edirik:
1. İsveçrə – 95 qəpik
2. Yeni Zelandiya – 78 qəpik
3. ABŞ – 61 qəpik
4. Danimarka – 60 qəpik
5. Uruqvay – 58 qəpik
6. Avstriya – 57 qəpik
7. Hollandiya – 55 qəpik
8. Yunanıstan – 54 qəpik
9. Norveç – 52 qəpik
10. Avstraliya – 51 qəpik
18 Avqust 2026