Neft ucuzlaşır, Brent bir barel üçün $89,82 təşkil edir

09:11 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, ötən gün düşdükdən sonra çərşənbə axşamı keçirilən ticartədə enməyə davam edir.

Brent markalı neftin dekabr fyuçersləri London İCE Futures birjasında saat 09:09 üçün $0,89 (0,98%) azalaraq bir barelə $89,82-a düşüb. Oktyabrın 2 - də keçrilən ticarətdə Brent markalı neftin dekabr fyuçersləri $1,49 (1,62%) ucuzlaşaraq bir barelə $90,71-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçerslərinin dəyəri saat 09:09 – a qədər $0,65 (0,73%) azalaraq bir barelə $88,17-a düşüb. Oktyabrın 2 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçerslərinin qiyməti $1,97 (2,17%) azalaraq bir barelə $88,82-a düşüb.