16:19 - 2.10.2023
2 oktyabr, Fineko/abc.az. Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, hazırda parlamentin iclasında “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunur.
Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026