09:47 - 30.09.2023
30 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 28 sentyabr 2023-cü il tarixli qərarı ilə MDM-in İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
ABC.AZ MDM-nin məlumatına istinadla xəbər verir ki, Qərara əsasən, MDM-in İdarə Heyəti sədrinin müavini Rəna Aydın qızı İsgəndərova, İdarə Heyətinin üzvü isə Ramin Qələnfər oğlu Nurəhmədov təyin edilmişdir.
Qeyd edək ki, Rəna İsgəndərova, əmək fəaliyyətinə 2015-ci ildə beynəlxalq məsləhət şirkəti olan " Deloitte & Touche "-da audit mütəxəssisi olaraq başlamış, 2017-ci ildən etibarən isə kariyerasına beynəlxalq məsləhət şirkəti olan “Ernst & Young”-da baş mütəxəssis və sonrasında audit üzrə menecer vəzifələrində davam etmişdir.
Ramin Nurəhmədov əmək fəaliyyətinə 2002-ci ildə “HRG-Azerbaijan” turizm şirkətində, 2005-2016-cı illər ərzində Azərbayan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə, o cümlədən sektor müdiri vəzifəsində çalışmışdır. 1-ci dərəcə dövlət qulluqçusudur. 2016–2021-ci illər ərzində “Azərpoçt” MMC-də 1 saylı poçt filialının rəis müavini, rəisi, 2023-cü ilin iyul ayından etibarən isə Milli Depozit Mərkəzində fəaliyyətə başlamış və İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026