Azərbaycanda alkoqolsuz içki istehsalı 19%-ə dək artıb

16:36 - 25.09.2023


25 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 31 885,2 min dkl alkoqolsz içkilər istehsal edilib.

ABC.AZ bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə alkoqolsuz içki 18,6% və ya 4 990,7 min dkl artıb.

2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 26 894,5 min dkl təşkil edib.

01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 407,7 min dkl olub.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,7 min dkl (14,5%) çoxdur.

01.09.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 356 min dkl olub.