12:19 - 25.09.2023
25 sentyabr, Fineko/abc.az. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində işlər yekunlaşdıqdan və sərnişindaşıma üçün sertifikatlaşdırıldıqdan sonra sərnişin daşınmalarına başlanılması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, hazırda dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən 246 kilometrlik hissəsində tikinti işləri aparılır: “Ümumilikdə BTQ vasitəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında sərnişindaşımaları ilə bağlı işlər davam edir”.
A. Uraloğlu qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyənədək təxminən 1 milyon 500 min ton yük daşınıb.
18 Avqust 2026