Rusiya ilə Çin arasında ticarət həcmi kəskin artıb

12:17 - 19.09.2023


19 sentyabr, Fineko/abc.az. Rusiya ilə Çin arasında ticarət həcmi güclü şəkildə artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin (FTS) rəis müavini Ruslan Davıdov bildirib.

Rusiyanın Avropa Birliyi (AB) ilə ticarətinin azalmağa davam etdiyinə diqqət çəkən Davıdov, bunun proqnozlaşdırıla bilən bir vəziyyət olduğunu və Aİ bazarının Rusiyanı üzünə bağlandığını deyib.

Davıdov Rusiyanın xarici ticarətindəki dəyişikliklə bağlı avtomobil bazarından misal çəkərək, bu ilin ilk 8 ayında Çinin Rusiyanın avtomobil idxalında yüzdə 92 payı olduğunu bildirib:

“Avropa bu mənada bağlandı və satışı dayandırdı. Rusiya mərkəzli Autostat məlumatlarına görə, ölkədə yeni avtomobil satışları avqust ayında keçən ilin eyni dövrünə görə yüzdə 160 artaraq 109 min 700-ə çatıb”.